Mirmehdi Ağaoğlunun hekayəsindən animasiya çəkdilər - VİDEO

<b>Mirmehdi Ağaoğlunun hekayəsindən animasiya çəkdilər - <span style="color:red;">VİDEO </b>
9 aprel 2018
# 11:55

Mirmehdi Ağaoğlunun hekayəsi əsasında animasiya filmi çəkilib. Kulis.azın məlumatına görə animasiya filmi III Buktreyler Festivalı üçün hazırlanıb.

Film Mirmehdi Ağaoğlunun “Hekayə” adlı qısa hekayəsinin əsasında çəkilib.

Filminin rəssam və animatorları Şəhriyar Sarıca, Fərid Hüseynli və Nicat İbrahimlidir.

Buktreyler – kitabın içindəkiləri vizuallaşdırmaqla onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmdir.

Artıq üçüncü dəfə keçirilən Buktreyler Festivalının məqsədi kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafını təşkil etməkdir.

# 1268 dəfə oxunub

Müəllifin son yazıları

# # #