Pərdələr mehdən hamilə - Qısa Şeirlər

Pərdələr mehdən hamilə - Qısa Şeirlər
19 iyun 2019
# 12:30

Kulis.az gənc şair Saqif Zeynalın qısa şeirlərini təqdim edir.

Sakit otaq,

Açıq pəncərə

Pərdələr mehdən hamilə...

***

Göy üzü

Yağış

İldırım

Suda alışan kibrit çöpləri...

***

Durmadığın tərfimdən

Gedirsən

Baxdığım aynalarda.

***

Səni olduğun kimi xatırlamaq

Olduğun kimi unutmaq,

***

Qorxudan dünyaya

Oğlan uşağı gətirər qadınlar...

***

Quyu dibi

Başının üstündə ümid -

Bir baca göy üzü

***

Burda

Əlil arabasının təkərələri ilə

yeriyən əsgər,

Orda

İçində ayaq çürümüş çəkmələr...

Görüntünün olası içeriği: Saqif Zeynal, oturuyor, açık hava ve yakın çekim

# 2525 dəfə oxunub

Müəllifin son yazıları

# # #