Bir tamaşa 23 kənddə oynanılıb

Bir tamaşa 23 kənddə oynanılıb
16 may 2017
# 14:40

Aprel-may aylarında Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı Şəki rayonunun 23 kəndinə qastrol səfərləri təşkil edib.

Teatrdan Kulis.aza verilən xəbərə görə, səfər uşaq və məktəblilər arasında teatr sənətinə marağın artırılması, məktəb və uşaq müəssisələri ilə əlaqələrin gücləndirilməsi məqsədi ilə həyata keçirilən planlar silsiləsinə daxildir.

Qastrollar zamanı “Kəlilə və Dimnə” əsəri əsasında hazırlanmış eyni adlı tamaşa yüzlərlə uşaq və məktəbli qarşısında nümayiş olunub.

“Kəlilə və Dimnə” tamaşasının yaxın zamanlarda Balakən, Qax və Zaqatala rayonlarına da səfər edəcəyi gözlənilir.

Qeyd edək ki, tamaşaya teatrın gənc rejissoru Arzu Əhmədova quruluş verib. Rollarda Orxan Həmidli, Anar Bəhlulov, Rəşad Rüstəmov, Günay Novruzəliyeva və digər aktyorlar çıxış edir.

Teatr bu ənənəni davam etdirərək yeni uşaq tamaşalarının səhnələşdirilməsini, teatr-məktəbli əlaqələrinin gücləndirilməsini və beləliklə gənc nəslin teatra daha çox cəlb edilməsini həyata keçirməyi planlaşdırır.

# 984 dəfə oxunub

Müəllifin son yazıları

# # #