Rus yazıçısı Vladimir Sorokinin librettosu əsasında opera hazırlanır.
Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Vladimir Sorokin Qendelin Moskva teatrlarından birində tamaşaya qoyulacaq “Zamanın və həqiqətin triumfu” operasına libretto yazıb.
Tamaşanın rejissoru Konstantin Boqomolov Qendelin dahiyanə musiqisinə adekvat ola bilən bir mətn əldə etdiyi üçün müəllifdən razılığını dilə gətirib.
- Xorxe Luis Borxesin şeirləri - Etimad Başkeçidin tərcüməsində
- Ədəbiyyat İnstitutunun professoru vəfat etdi
- Ötən ilin ən bahalı 10 sənət əsəri
Qeyd edək ki, premyera 2018-ci ilin mayında Nemeroviç Dançenko adına Moskva Akademik Musiqili Teatrında baş tutacaq.