Bu gün ingilis yazıçı Qrem Qrinin doğum günüdür.
Kulis.az onun əsərlərindən müəyyən hissələri təqdim edir.
Sükut heç də həmişə arxayınlıq əlaməti deyil. Bəzən o, qəlbin təlatümündən xəbər verir.
***
İnsan münasibətlərində nəvaziş və yalan min həqiqətə dəyər.
***
Kaş bəzi pis niyyətləriniz olaydı; bəlkə onda insanları bir qədər yaxşı başa düşərdiniz.
***
Təbiət elə öz axmaqlığımızı önümüzə tələ kimi qurur.
***
İnsan övladına xas olan səciyyəvi bir cəhət: ideallar naminə zorakılığa əl atılır, sonra ideallar buxarlanıb yox olur, zorakılıq isə qalır.
***
Onunla danışmaqdan sonra ən gözəl şey elə onun haqqında danışmaqdır.
***
Biz dərdlərimizi özümüz seçmirik.
***
Hər birimizin illər keçsə də dəyişməyən əsl yaşı var.
***
Dünya ağ və qaradan yox, daha çox qara və bozdən ibarətdir.
***
Şöhrət ən güclü ehtiras oyadan vasitədir.
***
İnsan xoşbəxt olduğu müddətdə hər cür intizama dözə bilər; bədbəxtlik isə iş vərdişlərini alt-üst edir.
***
Uşaqlıqda həmişə elə bir an olur ki, qapı açılır və gələcəyi içəri buraxır... Uşaqlığımızın ətrafında — dolablarda, kitab rəflərində, hər yerdə gizlənən dəhşətləri və zillətləri görə bilmədiyimiz üçün şükür etməliyik.
***
Məsumluq həmişə lal-dinməz himayə diləyir; halbuki ondan qorunmaq bizim üçün daha ağıllı olardı: məsumluq zınqırovunu itirmiş, dünyanı dolaşan və heç kimə ziyan vurmaq istəməyən dilsiz bir cüzamlı kimidir.
***
Yazmaq bir növ terapiyadır; bəzən heyrət edirəm: yazmayan, bəstələməyən və ya rəsm çəkməyən insanlar bəşər təbiətinə xas olan o dəlilikdən, qara sevdadan və vahimədən canlarını necə qurtara bilirlər?
***
Nifrət — təxəyyül çatışmazlığıdır.
***
Sənə nifrət edirəm, Tanrım. Sənə elə nifrət edirəm ki, sanki həqiqətən varsan.
***
Bizə ağrı verən şeyləri çox asanlıqla unuduruq.
***
Bəşəriyyəti sevmək mümkün deyil. Yalnız insanları sevmək olar.
***
Nə isə, bəlkə də mənim yaşıma çatanda anlayacaqsan ki, ürək etibar edilməyəcək bir vəhşidir. Ağıl da elədir, amma heç olmasa o, sevgidən dəm vurmur.
Rus dilindən tərcümə: Aydan Ağayeva