YUĞ Teatrı “BİKEN” Beynəlxalq Teatrında

YUĞ Teatrı “BİKEN” Beynəlxalq Teatrında
12 sentyabr 2023
# 10:11

Azərbaycan Dövlət YUĞ Teatrı Qazaxıstanda keçiriləcək “BİKEN” Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

Kulis.az xəbər verir ki, sözügedən festival Qazaxıstanın Xalq artisti Biken Rimovoyun 100 illik yubileyi ilə əlaqədar 29 sentyabr – 4 oktyabr tarixlərində Rimovoy adına Taldıkorqan Dram Teatrında keçiriləcək. Festival çərçivəsində YUĞ Teatrı oktyabrın 3-də C.Məmmədquluzadənin “Çay dəstgahı” əsəri əsasında rejissor Günay Səttarın quruluşunda hazırlanmış “Toy dəstgahı” tamaşası ilə çıxış edəcək.

Səhnə əsərində xan ilə xanım çaydan zəhərləndiyinə görə müqəssir axtarılır. Alleqorik personajlar öz aralarında bu hadisəyə səbəb olan günahkarı axtararaq günahsız birini ittiham edir və onu qurban verirlər.

Tamaşada rolları aktyorlar Vüqar Hacıyev, Təranə Ocaqverdiyeva, Oqtay Mehdiyev, Amid Qasımov, Elgün Həmidov, Günəş Mehdizadə və Nigar Mürsəlova canlandırırlar.

# 934 dəfə oxunub

Müəllifin son yazıları

# # #