Füzuli haqqında medotik vəsait təqdim olundu

Füzuli haqqında medotik vəsait təqdim olundu
14 iyun 2024
# 12:00

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Məhəmməd Füzulinin bədii-fəlsəfi irsinin kitabxanalarda təbliği” adlı metodik vəsait hazırlanıb.

Kulis.az xəbər verir ki, vəsaitdə “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, filologiya elmləri doktoru, dosent Elnarə Akimovanın müəllifi olduğu “Heydər Əliyevin Füzuli mücadiləsi – “Sorun kim, bu nə sevdadır...” adlı məqalə, kitabxanalarda Füzuli irsinin təbliği istiqamətində görüləcək işlər barədə metodik tövsiyələr, həmçinin “Əlavələr” bölməsində Füzulinin Milli Kitabxananın fondunda olan ilk əsərlərindən, əsərlərinə çəkilmiş miniatürlərdən və dahi şairə həsr edilmiş şeirlərdən nümunələr yer alıb.

Metodik vəsaitlə tanış olmaq istəyənlər http://web2.anl.az:81/read/page.php?bibid=895535&pno=1 linkindən istifadə edə bilərlər.

# 456 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #