Yeraltı qalereyada qədim mozaika və freska tapıldı

Yeraltı qalereyada  qədim mozaika və freska tapıldı
9 sentyabr 2026
# 11:20

İtaliyanın Roma şəhərində qədim dövrə aid böyük divar rəsmlərindən və mozaika komplekslərindən biri bərpa edildikdən sonra ictimaiyyətə təqdim edilib.

Kulis.az xəbər verir ki, I əsrə aid edilən və müdafiə divarları ilə əhatələnmiş liman şəhərini təsvir edən "Rəngli şəhər" freskası ilə "Böyük mozaika" Kolizey yaxınlığındakı Oppio təpəsində yerləşən Trayan hamamlarında aparılan qazıntılar zamanı yeraltı qalereyada aşkar edilib.

Roma meriyası tərəfindən təmizlənib bərpa olunan bu nadir sənət əsərləri təhlükəsizlik və nəmlik müşahidələri səbəbindən ilk mərhələdə məhdud sayda turist qrupları üçün açıq olacaq.

İllərdir yerin altında qalmasına baxmayaraq, ilkin mənzərəsini və rənglərini qoruyan freska, binaları, teatrı, məbədi və qüllələri ilə antik dövrün şəhərsalma arxitekturasını öyrənmək baxımından dünyada bənzərsiz tarixi mənbə hesab olunur.

# 84 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər