Yeni müasir incəsənət muzeyi fəaliyyətə başladı

Yeni müasir incəsənət muzeyi fəaliyyətə başladı
22 sentyabr 2026
# 11:30

Portuqaliyanın üçüncü ən böyük şəhəri olan Braqada tanınmış kolleksioner Joze Teyşeyranın təşəbbüsü ilə "MUZEU" adlı yeni müasir incəsənət muzeyi fəaliyyətə başlayıb.

Kulis.az xəbər verir ki, 3 min kvadratmetrlik 5 mərtəbəli binada 84 sənətçinin 100-dən çox əsəri nümayiş olunur.

"Dürüst olun, mümkünsüzü tələb edin!" şüarı ilə açılan muzeyin kolleksiyasında Pablo Pikasso, Aleks Kats, Anselm Kiefer və Nan Qoldin kimi sənətkarların işləri yer alır.

Qeyd edək ki, ekspozisiyanın diqqətçəkən nümunələrindən biri isə Livan əsilli rəssam Elias Nafaanın müharibələrdə istifadə olunan silahların şüşədən hazırlanmış 300 nüsxəsindən ibarət "Handle with Care" instalyasiyasıdır.

# 63 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər