“Yatmış gözəl” nağılının filmi çəkiləcək

“Yatmış gözəl”  nağılının filmi çəkiləcək
29 sentyabr 2026
# 13:30

"Disney" studiyası öz klassik animasiya filmlərini canlı aktyorların iştirakı ilə yenidən çəkmək strategiyasını davam etdirir.

Kulis.az xəbər verir ki, "Predator: Prey" filmi ilə böyük uğur qazanan rejissor Dan Traxtenberq "Yatmış gözəl" nağılının modern və fərqli versiyasını təqdim etməyə hazırlaşır.

Məlumata görə, yeni layihə 1959-cu ilin animasiya filminin təkrarı olmayacaq və Ancelina Colinin baş rolda oynadığı "Maleficent" filmləri ilə əlaqə daşımayacaq.

Postmodern nağıl konseptində hazırlanacaq filmin ssenarisi Reyna Makklendon, Aleks Anfanger və Den Şimpf tərəfindən qələmə alınacaq.

Qeyd edək ki, ekran əsərində mübariz və güclü qadın xarakterinin ön plana çıxarılacağı gözlənilir.

# 58 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər