Bu gün fransız intibah dövrünün yazıçısı və filosofu Mişel de Montenin anım günüdür.
Kulis.az onun sitatlarını təqdim edir.
Fəlsəfə ilə məşğul olmaq şübhə etməkdir.
***
Nəyəsə nail olan kimi başqa bir şey istəyirik.
***
Əgər yaxşı evlilik deyə bir şey varsa, o da sevgidən çox dostluğa bənzədiyi üçündür.
***
Əzab çəkməkdən qorxan insan artıq qorxduğu şeyin əzabını çəkir.
***
Müəyyən mənada başqaları üçün yaşamayan insan, demək olar ki, özü üçün də yaşamır.
***
Həyatım dəhşətli bədbəxtliklərlə dolu olub – bunlarınsa əksəriyyəti heç vaxt baş verməyib.
***
Bu günün həqiqəti həqiqətən var olan deyil, hər kəsin başqasını inanmağa vadar etdiyi şeydir.
***
Ən az bildiyimiz şeyə inandığımız qədər heç nəyə qəti inanmırıq.
***
Öz arqumentini səs-küy və əmrlə qəbul etdirməyə çalışan adam məntiqinin zəif olduğunu göstərir.
***
Çox bilmək çox vaxt daha çox şübhələnməyə səbəb olur.
***
Pulsuz hədiyyədən daha bahalı heç nə yoxdur.
***
İnsan tamamilə ağılsızdır. O, bir qurd yarada bilməz, amma onlarla tanrı yaradır.
***
Kəndlilərin cəmiyyətinə üstünlük verirəm, çünki onlar səhv mühakimə yürütmək üçün kifayət qədər təhsil almayıblar.
***
Var-dövlətin yoxluğu asanlıqla bərpa olunur, amma ruhun yoxsulluğunun əvəzi çıxarılmazdır.
***
Hadisələri idarə edə bilmədiyim üçün özümü idarə edirəm.
***
Özünüzdən bəhs etməyin, çünki uduzmağa məhkumsunuz: əgər özünüzü alçatsanız, sizə inanarlar; əgər özünüzü tərifləsəniz, inanmazlar.
***
Yalnız axmaqlar qəti və arxayın olurlar.
***
Düşünməkdən qorxmadığınızı deməkdən qorxmayın.
***
İnsana baş verənlərdən çox, baş verənlər haqqında onun fikri zərər vurur.
Rus dilindən tərcümə: Aydan Ağayeva