Xətai rayonunda “Kəlağayı festivalı” keçirildi

Xətai rayonunda “Kəlağayı festivalı” keçirildi
27 aprel 2024
# 15:30

Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə “Sazlı-sözlü kəlağayı günləri” layihəsi çərçivəsində “Kəlağayı festivalı” keçirilib.

Kulis.az xəbər verir ki, festival Xətai rayonunda Heydər Əliyev parkında təşkil olunub.

Tədbirdə çıxış edənlər festivalla bağlı fikirlərini bölüşüb, kəlağayıdan, onun tarixindən danışıblar.

Bədii hissə ilə davam edən festivalda rəsm əsərləri, əl işləri və kəlağayılar sərgilənib.

Qeyd edək ki, kəlağayı 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib və bu il bu əlamətdar hadisənin 10 illiyidir.

# 297 dəfə oxunub

Müəllifin son yazıları

# # #