“Mismar.az” mədəniyyət portalı təqdim olundu - FOTOLAR

“Mismar.az” mədəniyyət portalı təqdim olundu - FOTOLAR
14 aprel 2017
# 17:44



Azərbaycanda yeni onlayn mədəniyyət portalı fəaliyyətə başlayıb. Kulis.azın məlumatına görə Mismar.az adlanan mədəniyyət portalının təqdimat mərasimi aprelin 14-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilib.

Təqdimatda tanınmış qələm adamları, ADMİU rəhbərliyi və tələbələr iştirak edib.

Tədbirdə portalın yaradıcıları çıxış edərək, əsas məqsədləri və gələcək planlarından söz açıblar. Saytın təsisçiləri bildiriblər ki, bu saytda mədəniyyət və incəsənətlə bağlı yeniliklər, müəllif yazıları, dünya ədəbiyyatından maraqlı tərcümələr yer alacaq. Gələcəkdə "Mismar.az"ın tərkibində onlayn radio və televiziyanın fəaliyyətə başlayacağı da vurğulanıb. Onlayn radio və TV çərçivəsində radio teatrı, mədəniyyət və incəsənətlə bağlı müxtəlif verilişlər, debatlar keçirilməsi nəzərdə tutulur.

Təqdimatda iştirak edənlər portalın kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Qeyd edək ki, saytın təsisçisi – Taleh Rəcəb, baş redaktoru – Emil Hacıyevdir.

# 1178 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #