Kulis.Az ofisdə işləyən 22 tipi təqdim edir.
Xeyrə-şərə yarayanlar – Onlar sevimli tiplərdir. Ad günləri, bayramlarda yığıncaq təşkil eləməkdə Nobel mükafatı ala bilərlər. Yenə o kafelər olardı, yenə yığışaraq biz...
Qaradinməzlər – Dindirməsən dinməzlər, heç bir qrupa qarışmazlar, iş saatlarını sakit keçirər, nahar fasiləsində heç kimlə danışmazlar. Onlar tənhalığı sevərlər.
Dedi-qoduçular – Kim işə gec gəldi, kim kimə nə söz dedi. Ürəklərini boşaltmasalar rahat işləyə bilməzlər.
Çuğul – Təhlükəlidirlər, üzərlərinə “Danger” yazılıb. Yaxınlaşmayın, ehtiyatlı olun.
Yola verənlər – Onları düşündürən əsas sual budur: “Nə edək ki, iş vaxtını boşa keçirək?”
Kiminsə qohumu – Adı var, özü yox. Onların işini də bir başqası görər.
Boşboğazlar – Hamı başını aşağı salıb işini görən vaxt gəlib lazımsız mövzular açıb saatlara danışmağı sevərlər.
Mutsuz – Heç nə yaxşı olmayacaq. Hər yer kədərə bürünüb. Bu iş də, iş yoldaşları da insanı sevindirməyə bəs eləmir.
Mənasızcasına şənlər – Nahar vaxtı gəlir, sevinərlər. Maaş verilir, sevinərlər. Kiminsə nişan şokoladı gəlir, sevinərlər. Onlar hər şeyə sevinərlər.
Telefonu otaqda qoyub çölə çıxanlar – Bu telefonu kim götürəcək? Doğmamı olacaq, yadmı olacaq?
İşə gecikənlər – Qatara çata bilməyib, yuxudan gec durub. Həmişə içində bir bəhanə ilə işə tələsər.
Daim icazə istəyənlər – Yas düşüb, orda iştirak etməlidir. Bir tədbir var, mütləq getməlidir. Onların icazəsiz bir günü yox, bir saatı keçməz.
Evi işə gətirənlər – İş yeri onun gözündə həmişə doğmadır. Yoldaşlarını da evə gələn qonaqlar kimi qarşılayır.
Diyet saxlayanlar – Hamı yağlı yeməklər yeyərkən o kədərlə kartof soyutmasını qarşısına qoyub dərindən köks ötürər.
Müti – İş saatı bir saat artırılır, hamı narazıdır, o isə xoş xəbər kimi qarşılayar bunu. Maaşlar azalıbsa yəqin bir problem var. İş yoldaşları müdirin gözünə görünmək istəməz, o isə elə hey işgüzar görünüşlə müdirin hüzuruna çıxar.
İş vaxtını Facebookda keçirənlər – Vaxt keçmir, bekarçılıqdır, heç kim iş tapşırmır. Çarə Facebookdur.
Aşiq tiplər – Birlikdə nahara gedərlər, qabları birlikdə yuyarlar, çaylarını birlikdə içərlər. Onlar iş yerini aşiqlər şəhərinə çevirərlər.
Öz otağından çox başqa otaqlarda gəzənlər – Niyyətləri pis deyil, heç kimi işindən eləmək istəməzlər. Sadəcə o qədər səmimi, o qədər sosialdırlar ki, yalnız öz otaqlarındakı iş yoldaşları ilə kifayətlənməzlər.
Qıcıq – Onlar hər yerdə var. Qabağına çıxdı, yolunu dəyiş.
Plan quranlar – Axşam işdən çıxanda harda oturacağıq? Maaş gələndə bir qonaqlıq təşkil etməli...
Hər şeyi bilənlər – Dişin ağrıyır, imdadına çatır. Hansısa işini aşırmaq istəyirsən, məsləhətlər verir. Onların bilmədiyi şeyə qurd düşər.
Qarabəxt – Müdirin gözünə girənlər. Həmişə danlanmaq onların payına düşər.