Tanınmış şair Fədayə Laçına şeir həsr etdi - Foto

Tanınmış şair Fədayə Laçına şeir həsr etdi - Foto
25 sentyabr 2019
# 14:25

Sosial şəbəkələrdə tanınan şair Səxavət Kəlbəcərli məhbəsdə olan müğənni Fədayə Laçına şeir həsr edib. Kulis.az həmin şeiri tədim edir.

İlahi, bir anlıq sən nəzər eylə,
Bir bax, gör hardadı Fədayə Laçın?
Sırsıra bağlayan donan bulaqda,
Əriyən qardadı Fədayə Laçın.

Bülbüldü xəyalı gülün izində ,
Vermirsən uçmağa bircə izin də,
Naləli kamanın iniltisində,
Ağlayan tardadı Fədayə Laçın.

Səxavət, bir ömür bircə an olub
Göz yaşı gözündə dönüb qan olub,
O da sizin kimi pərişan olub ,
Ay Laçın, dardadı Fədayə Laçın.

# 2923 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #