Di Kaprio qasırğa qurbanlarına yardım etdi

Di Kaprio qasırğa qurbanlarına yardım etdi
31 avqust 2017
# 10:22

Amerika aktyoru Leonardo Di Kapri ”Harvi” qasırğasının qurbanlarına yardım edib. Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə “Oskar”lı aktyorun xeyriyyə fondu bu məqsədlə 1 milyon dollar vəsait ayırıb.

One Way təşkilatının sədri Brayan Qallaher buna görə aktyora təşəkkür edib: “Biz Leonordao Di Kaprioya və onun fonduna göstərdiyi səxavətə görə çox böyük təşəkkür edirik.”

Bundan əvvəl də “Oskar” mükafatı sahibi Sandra Bullok da “Harvi” qasırğasından zərər çəkənlərə 1 milyon dollar yardım etmişdi. Aktrisa bunu Amerika Qızıl Xaçı vasitəsilə etmişdi.

# 1200 dəfə oxunub

Müəllifin son yazıları

# # #