Teatrımız beynəlxalq festivala gedir

Teatrımız beynəlxalq festivala gedir
23 aprel 2018
# 10:01

Gənc Tamaşaçılar Teatrının kollektivi Makedoniyada keçirilən “XX Beynəlxalq Monodram” festivalında iştirak edəcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festival mayın 10-dan 16-dək Bitola şəhərində keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaq sözügedən festivalda xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi Patrik Züskindin “Kontrabas” əsəri nümayiş olunacaq. Tamaşada əməkdar artist Şövqi Hüseynov çıxış edir. Festival çərçivəsində dünyanın bir sıra teatr mütəxəssisinin rəhbərliyi ilə ustad dərsləri, treninqlər, səhnə döyüşü və texnikası məşğələləri də təşkil olunacaq.

Qeyd edək ki, "Kontrabas" tamaşası indiyədək İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən beynəlxalq teatr festivallarında mükafatlara layiq görülüb.

# 1084 dəfə oxunub

Müəllifin son yazıları

# # #