"Döngə" filmi təqdim olundu

"Döngə" filmi təqdim olundu
27 iyun 2018
# 12:33

İyun ayının 25-də “CinemaPlus Azerbaijan” kinoteatrında “Döngə” sənədli filminin təqdimat mərasimi keçirilib.

Kulis.azın verdiyi xəbərə görə, film “Əsa” teatrı və onun əməkdaşlarının fəaliyyəti, həyatları barədə əhvalatlardan bəhs edir.

Filmin ssenari müəllifi və rejissoru Vəfa Ağabalayevadır. “Döngə” filmində qəhrəmanlar öz həyat hekayələrini, məşğuliyyət və maraq dariələrini tamaşaçıları ilə bölüşürlər. Rejissor eyni zamanda insanlara biganə yanaşmamağa və fərqləri deyil, istedadları görməyə çağırır. Həmçinin məhdudiyyəti olan insanların cəmiyyətə olan mesajlarınıda film vasitəsi ilə çatdırmağa çalışıb.

Xatırladaq ki, “Əsa” teatrı fiziki məhdudiyyətli və heç bir əlilliyi olmayan insanların birlikdə çıxış etdikləri teatrdır.

# 1069 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #