Cem Yılmazı məhkəməyə veriblər

Cem Yılmazı məhkəməyə veriblər
10 yanvar 2018
# 10:28

Tanınmış aktyor Cem Yılmazı məhkəməyə veriblər.

Kulis.az türk mətbuatına istinadən bildirir ki, professor Orhan Kural onun “Arif V 2016” filmində tütün, narkotik vasitələrinin təbliğ olunması iddiası ilə məhkəməyə müraciət edib.

Professorun dediyinə görə, o, bu barədə dəfələrlə aktyora xəbərdarlıq edib.

Qeyd edək ki, Cem Yılmaz adıçəkilən filmin prodüseridir və əsas rollardan birini canlandırıb.

Professor Orhan Kural Cem Yılmazın “Pek yakında” filmi üçün də eyni iddia ilə məhkəməyə müraciət etmişdi.

# 860 dəfə oxunub

Müəllifin son yazıları

# # #