Diplomatik korpusun nümayəndələri Şuşa qala divarlarını ziyarət ediblər.
APA-nın Qarabağa ezam edilmiş müxbiri xəbər verir ki, xarici diplomatlara Şuşa şəhərinin tarixi barədə məlumat verilib.
Sonda xatirə şəkli çəkilib.
Qeyd edək ki, işğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.