"Vətən" poeması Türkiyə səfirinə təqdim edildi

"Vətən"  poeması Türkiyə səfirinə təqdim edildi
22 avqust 2024
# 14:57

Ramiz Qusarçaylı “Vətən” poemasının türk dilində yenicə çapdan çıxmış "Vatan" kitabını ilk olaraq Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Cahit Bağcıya təqdim etdi.

Kulis.az xəbər verir ki, görüş zamanı Türkiyə və Azərbaycanın qədim və şərəfli tarixi, ortaq ədəbi əlaqələrimiz, ədəbiyyatımızın müasir mənzərələri barədə mülahizələr paylaşıldı, maraqlı fikir mübadilələri aparıldı.

Türkiyə səfiri şairə ziyarətindən məmnunluğunu ifadə etdi, türk dünyası adına önəmli fəaliyyətlərində yeni yaradıcılıq uğurları arzuladı.

Görüş zamanı səfir Cahit Bağcı Ramiz Qusarçaylıya müəllifi olduğu "Yoxuşun uşaqları" kitabını hədiyyə etdi.

Şair sonda səmimi qəbula görə cənab səfirə, yaradıcılığına göstərdikləri diqqət və qayğıya görə İdarə Heyətinin sədri Rəşad Cabirlinin timsalında "MÜSİAD Azərbaycan" İş Adamları Cəmiyyətinə təşəkkürünü bildirdi.

# 323 dəfə oxunub

Müəllifin son yazıları

# # #