Vaqif Mustafayevin filmi niyə rus dilində nümayiş olunub? - Açıqlama

Vaqif Mustafayevin filmi niyə rus dilində nümayiş olunub? - Açıqlama
30 avqust 2023
# 16:20

Avqustun 28-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın Xalq artisti, kinorejissor Vaqif Mustafayevin 70 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib. Gecədə rejissorun “Həyat, deyəsən, gözəldir” filminin rus dilində nümayiş olunması birmənalı qarşılanmayıb.

Bu barədə Kulis.az-a danışan Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin rəhbəri Aynur Kərimovanın sözlərinə görə, filmin orijinal dildə səsləndirilmə prosesi hələ bitməyib:

“Azərbaycanın Xalq artisti Vaqif Mustafayevin "Həyat deyəsən, gözəldir" filmi ilk dəfə "Qorqud ata" film festivalında nümayiş olunub və bu festivalda "Türk dünyasının ən yaxşı rejissoru" nominasiyasında mükafatlandırılıb. Film sözügedən festivalda türkcə nümayiş olunub. Hazırda filmin orijinal dildə səsləndirilmə prosesi davam edir. Proses yekunlaşmadığı üçün film yubiley gecəsində rus dilində təqdim edilib".

A.Kərimova qeyd edib ki, "Həyat deyəsən, gözəldir" filminin əsas premyerası sentyabrın 21-də məhz Azərbaycan dilində olacaq.

# 1642 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #