Vincent van Qoqun 1889-cu ildə çəkdiyi “Zeytun yığımı” adlı tabloya görə Nyu-Yorkdakı Metropoliten İncəsənət Muzeyi (MET) və Yunanıstandakı "Basile & Elise Goulandris" Fonduna qarşı məhkəmə iddiası qaldırılıb.
Kulis.az xəbər verir ki, iddiaçı olan yəhudi bir cütlüyün varisləri əsərin nasistlər tərəfindən talan edildiyini və sonradan qanunsuz şəkildə satıldığını bildirirlər.
MET muzeyi əsəri 1956-cı ildə alıb, 1972-ci ildə isə yunan iş adamına satıb.
Hal-hazırda tablo Afinada sərgilənir.
Qeyd edək ki, Metropoliten İncəsənət Muzeyi və Fond ittihamları rədd edərək, əsərin mənşəyi ilə bağlı məlumatları gizlətmədiklərini bəyan ediblər.