V Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək

V Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək
17 sentyabr 2026
# 10:15

Oktyabrın 1-dən 5-dək V Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, Şəki Dövlət Dram Teatrında mütəmadi olaraq keçirilən beynəlxalq teatr festivallarının əsas məqsədi Azərbaycan və dünya teatrları arasında yaradıcılıq əlaqələrinin inkişaf etdirilməsi, dostluq münasibətlərinin möhkəmləndirilməsi, təcrübə mübadiləsinin aparılması, eləcə də əməkdaşlıq memorandumları və müqavilələrin imzalanmasıdır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Teatr Xadimləri İttifaqı və Şəki Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə keçiriləcək V Şəki Beynəlxalq Teatr Festivalında ölkə teatrları ilə yanaşı, Qazaxıstan, Özbəkistan və İranın teatr kollektivləri də iştirak edəcəklər. Qeyd edək ki, festival çərçivəsində təqdim olunacaq tamaşaların teatrsevərlərə müxtəlif ölkələrin səhnə sənəti və yaradıcılıq ənənələri ilə tanış olmaq imkanı yaradacağı gözlənilir.

# 109 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər