UNESCO Ümumdünya İrs Komitəsinin genişləndirilmiş 45-ci sessiyasında UNESCO-nun Ümumdünya İrs Siyahısına 42 yeni ərazi daxil edilib, siyahıda olan 5 ərazi isə genişləndirilib.
Kulis.az xəbər verir ki, 21 ölkənin nümayəndələrindən ibarət UNESCO-nun Dünya İrs Komitəsi Ümumdünya İrs Siyahısına daxil ediləcək əraziləri araşdırmaq və təhlükədə olan abidələrin konservasiya vəziyyətini yoxlamaq üçün Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində görüşüb.
Siyahıya 33 mədəni və 9 təbii olmaqla ümumilikdə 42 yeni ərazi daxil edilib. Qeydə alınan nümunələrdən 15-i Avropada, 12-si Asiyada, 6-sı Afrikada, 6-sı Şimali və Cənubi Amerikada, 3-ü isə Yaxın Şərqdə yerləşir.
Qeyd edək ki, 45-ci sessiyada Azərbaycanın “Hirkan meşələri” və “Xınalıq və Köç yolu mədəni landşaftı” da siyahıya daxil olunub.