Uil Smit karyerasının ən yaxşı 4 filmini açıqladı

Uil Smit karyerasının ən yaxşı 4 filmini açıqladı
10 iyun 2024
# 15:00

Uill Smit və Martin Lourensin baş rollarda çəkildiyi “Pis oğlanlar: sür və ya öl!” filmi nümayiş olunub.

Kulis.az xəbər verir ki, ilk filmi 1995-ci ildə ekranlara çıxan "Pis oğlanlar" seriyasının yeni filminin gəlir gətirib-gətirməyəcəyi maraq doğurur.

Hazırda yeni filminin reklamını edən Uil Smit sevimli filmlərini açıqlayıb:

“Düşünürəm ki, indiyə qədər çəkdiyim ən yaxşı film “Xoşbəxtliyin arxasınca getmək”dir. Ondan sonra "Qara paltarlı adamlar" gəlir. Rejissura, operator işi və musiqi çox uğurlu alınıb. Məncə, çəkilişdə ən çox əyləndiyim filmlər "Pis oğlanlar" və "Ələddin" idi. Dörd filmimi bir zaman kapsuluna yerləşdirməli olsaydım, onlar "Xoşbəxtliyin arxasınca getmək", "Qara paltarlı adamlar", "Mən əfsanəyəm" və yəqin ki, "Kral Riçard" olardı."

# 898 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #