Türkiyəli yazıçı vəfat etdi

Türkiyəli yazıçı vəfat etdi
23 iyul 2022
# 17:58

Türkiyəli məşhur yazıçı Rasim Özdənörən vəfat edib.

APA “Sözcü”yə istinadən xəbər verir ki, o, Ankara Universiteti Tibb Fakültəsi Xəstəxanasında 82 yaşında dünyasını dəyişib.

Rasim Özdənörən 20 may 1940-cı ildə Türkiyənin Kahramanmaraş vilayətində anadan olub. O, 30-a yaxın kitabın müəllifidir. “Çarpılmışlar”, “Yaşadığımız günlər”, “Ədəbiyyat və həyat” kimi kitabları müəllifə məşhurluq gətirib.

Müəllifin “Kirli şüşələr” adlı kitabı Azərbaycanda “Adiloğlu” nəşriyyatında nəşr olunub.

# 1265 dəfə oxunub

Müəllifin son yazıları

# # #