“Troya” filminin rejissoru vəfat etdi

Volfqanq Petersen, almaniyalı rejissor

Volfqanq Petersen, almaniyalı rejissor

17 avqust 2022
# 00:48

“Troya” və “Bitməyən hekayə” filmlərinin almaniyalı rejissoru Volfqanq Petersen 81 yaşında vəfat edib.

APA xəbər verir ki, bu barədə “variety.com” nəşri məlumat yayıb.

Petersen altı Oskar mükafatına namizəd olub.

Rejissor mədəaltı vəzi xərçəngindən öz iqamətgahında dünyasını dəyişib.

Almaniyalı rejissor “Troya”, “Prezidentin təyyarəsi”, “Bitməyən hekayə”, “Qayıq” və digər filmləri ilə tanınır.

O, Hollivudda ilk dəfə “Qayıq” filmi ilə tanınıb.

# 996 dəfə oxunub

Müəllifin son yazıları

# # #