Tanınmış aktrisa vəfat etdi

Tanınmış aktrisa vəfat etdi
28 yanvar 2023
# 13:24

Məşhur filmlərin aktrisası Silviya Sims vəfat edib.

Kulis.az Rusiya mediasına istinadən xəbər verir ki, yanvarın 27-də, 89 yaşlı ingilis aktrisası Silviya Sims vəfat edib. Son illərini qocalar evində keçirən aktrisanın ailəsi də, onun ölümü təsdiq edib.

“Miss Marpl”, “Həkim kimdir”, “Doktor Jivaqo”, “Centlmen Cek” adlı filmlərlə məşhurlaşan aktrisa daha çox "Kraliça" adlı bioqrafik filmdə Kraliça Ana rolu ilə tamaşaçıların yadında qalıb.

# 2524 dəfə oxunub

Müəllifin son yazıları

# # #