Şuşada “Muğam” müsabiqəsinin qala-konserti keçiriləcək

Şuşada “Muğam” müsabiqəsinin qala-konserti keçiriləcək
24 avqust 2022
# 16:00

“Muğam” müsabiqəsinin qala-konserti Şuşada Cıdır düzündə keçiriləcək.

Kulis.az xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət, Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinin qala-konsertinə Şuşa şəhəri ev sahibliyi edəcək.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, qala-konsert avqustun 26-da yayımlanacaq.

Qala-konsert AzTV vasitəsilə avqustun 26-sı 22:15-dən etibarən canlı yayımlanacaq. Muğam ziyafətini AzTV-nin rəsmi feysbuk, tviter səhifələrində, yutub və teleqram kanallarında canlı izləmək mümkün olacaq.

Xatırladaq ki, avqustun 6-da keçirilməli olan “Muğam”ın qala-konserti həmin günlərdə şəhid olan hərbçilərimizin xatirəsinə ehtiram əlaməti olaraq, təxirə salınmışdı.

# 1162 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #