Şuşa musiqiçilərinin sərgisi keçirildi

Şuşa musiqiçilərinin sərgisi keçirildi
6 may 2022
# 14:20

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə "Uşaq və yeniyetmələrə dəstək" İctimai Birliyi (UYD) tərəfindən Gəncə Filarmoniyasında Şuşa musiqiçilərinə məxsus sənədli abidələrin qorunması və təbliği layihəsi çərçivəsində "Rənglənmiş tarix" adlı foto-sərgi təşkil olunub.

Kulis.az xəbər verir ki, sərgidə Şuşa musiqiçilərinə məxsus ağ-qara fotoların rəqəmsal üsullar ilə rənglənmiş versiyaları nümayiş olunub. Fotolar arasında Üzeyir Hacıbəyli, Bülbül, Cabbar Qaryağdıoğlu, maestro Niyazi, Ceyhun Hacıbəyli, Fikrət Əmirov, Xan Şuşinski, Rəşid Behbudov, Seyid Şuşinski, Soltan Hacıbəyli, Süleyman Ələsgərov kimi musiqiçilərin fotoları yer alıb.

# 1729 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #