Suriyalı rəssamın satışsız sərgisi

Suriyalı rəssamın satışsız sərgisi
18 iyul 2025
# 11:40

“Christie’s” Hərrac Evi suriyalı rəssam Marvan Kassab-Baçinin əsərlərindən ibarət "Marvan: Sürgündəki bir ruh" adlı satışsız sərgisini sənətsevərlərə təqdim edib.

Kulis.az xəbər verir ki, sərgi Marvanın sürgün həyatı ilə yoğrulmuş dərin psixoloji və ifadəli portretlərini nümayiş etdirir.

Qeyri-kommersiya xarakterli bu layihə rəssamın irsinə işıq salmağı hədəfləyir.

Qeyd edək ki, sərgi sənətkarın Suriyadakı yaradıcılığından tutmuş, altmış ildən artıq yaşadığı ikinci vətəni Almaniyadakı məhsuldar sənət fəaliyyətinə qədər uzanan karyerasını əhatə edir. Sərginin kuratorluğunu hərrac evinin Orta Şərq və Afrika prezidenti öz öhdəsinə götürüb.

# 116 dəfə oxunub

Müəllifin son yazıları

# # #