Süni zəka tərəfindən çəkilən ilk film təqdim olundu

Süni zəka tərəfindən çəkilən ilk film təqdim olundu
7 oktyabr 2025
# 11:35

İtalyan prodüser Andrea Yervolino tamamilə süni zəka tərəfindən idarə olunan ilk bədii filmin təqdimatını edib.

Kulis.az xəbər verir ki, "The Sweet Idleness" ("Şirin tənbəllik") adlanan bu layihə "FellinAI" adlı süni zəkanın rəhbərliyi altında çəkilib.

Ekran əsəri 2135-ci ildə avtomatlaşdırılmış bir dünyada yalnız 1% insanın işlədiyi və qalanların sonsuz istirahət etdiyi bir cəmiyyəti təsvir edir.

Qeyd edək ki, filmin ilk treyleri 1 oktyabr 2025-ci ildə yayımlanıb.

# 133 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər