“Şükriyyə”nin tizeri yayımlandı - Video

“Şükriyyə”nin tizeri yayımlandı - Video
22 iyun 2023
# 15:25

Akademik Milli Dram Teatrında yazıçı Cavid Zeynallının “Şükriyyə” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın tizeri yayımlanıb.

Teatrın mətbuat xidmətindən kulis.az-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

“Şükriyyə”nin premyerası 30 iyun və 1 iyul tarixlərində saat 19:00-da olacaq.

Biletləri iticket.az saytından və teatrın kassasından almaq olar.

# 855 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #