Soraq sənə gələndə, düşmən gözü güləndə - Günün şeiri

Soraq sənə gələndə, düşmən gözü güləndə - Günün şeiri
28 yanvar 2023
# 11:10

Bu gün Xalq şairi Vaqif Səmədoğlunun anım günüdür. Kulis.az "Günün şeiri" layihəsində şairin "Sevgilim, mən öləndə" adlı şeirini təqdim edir.

​​​​​

Sevgilim, mən öləndə,
Bir küncdə xısın-xısın
Ağlayacaqsanmı sən?
Kimin xarabasında
Bir damla yaşa dönüb
Düşəcəyəm gözündən?

Ağla, qurbanım, ağla,
Ağla, һeyranım, ağla,
Evdə qonaqlar olsa,
Çıxıb eşikdə ağla.
Gözlə, gecə düşəndə
Yorğan-döşəkdə ağla.
Qulaq asma aləmin
Sözünə bircə kərə.
De, Vaqif ölməliydi,
Gəl öldü naһaq yerə…

Sevgilim, mən öləndə,
Soraq sənə gələndə,
Düşmən gözü güləndə,
Ağla, olanım, ağla,
Ağla, qalanım, ağla,
Ağla, mən ölüm, ağla…

# 2043 dəfə oxunub

Müəllifin son yazıları

# # #