Şeyx Əbdül: "Bu, tarixi günahımızı yumaq konfransıdır"

Xalq artisti Əbdül Mahmudov

Xalq artisti Əbdül Mahmudov

5 mart 2024
# 12:25

"Əslində, bu, tarixi günahımızı yumaq konfransıdır".

Bu sözləri kino ittifaqlarının birləşmə konfransında iştirak edən Xalq artisti Əbdül Mahmudov Kulis.az-a açıqlamasında deyib.

O, daha sonra əlavə edib:

"Bu gün bizim kino cəmiyyətimiz ikiyə bölünüb. Uzun mübarizədən sonra, şəxsən mənim təşəbbüsümlə neçə illik mübarizənin sonuna gəlmişik. Hazırda birlikdə konfrans keçiririk və vahid bir kino cameəsi olaraq, milli kinomuzun bərpasına xidmət edəcəyik. Konfransdan sonra həm öz təkliflərimizlə, həm də dövlət səviyyəsində göstərişlərlə klassik kino mədəniyyətimizi bərpa edəcəyik".

Ülvi Bahadır

# 968 dəfə oxunub

Müəllifin son yazıları

# # #