Şəhriyar del Gerani ilə görüş keçirildi

Şəhriyar del Gerani ilə görüş keçirildi
10 fevral 2024
# 15:38

Fevralın 9-da Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında Şəhriyar del Gerani ilə görüş keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə tanınmış aktyor, bədii qiraət ustası Kamran Yunis, Şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova, Səbail rayon MKS-nin direktoru Nərmin Xəlilova, kitabxana əməkdaşları və fəal oxucular iştirak ediblər.

Görüşdə şairin yaradıcılığı haqqında ətraflı məlumat verilib, tanınmış aktyor Kamran Yunisin ifasında şairin şeirləri dinlənilib, kitabxananın əməkdaşları tərəfindən ona yaradıcılığı ilə bağlı suallar ünvanlanıb.

# 1795 dəfə oxunub

Müəllifin son yazıları

# # #