Sabirabadda Baba Vəziroğlu ilə görüş keçirildi

Sabirabadda Baba Vəziroğlu ilə görüş keçirildi
24 fevral 2024
# 12:00

Sabirabadda Baba Vəziroğlu ilə görüş keçirilib.

Kulis.az xəbər verir ki, görüş “Günlərdən şeir” layihəsi çərçivəsində Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Azərbaycan Yazıçılar Birliyi, Regional Təhsil İdarəsi və Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Hophopnamə” Kitab Mərkəzində keçirilən tədbirdə mədəniyyət işçiləri, region ictimaiyyətinin nümayəndələri, gənclər və məktəblilər iştirak ediblər.

Tədbirin moderatoru Ağalar Ağammədov şair B.Vəziroğlunun həyat və yaradıcılığı barədə iştirakçılara məlumat verib.

Daha sonra görüşdən məmnunluğunu bildirən Baba Vəziroğlu 44 günlük Vətən müharibəsi zamanı yazdığı şeirlərindən bəhs edərək Canab Prezidentə həsr etdiyi “Cənab Ali Baş komandan” şeirini söylədikdən sonra, yaradıcılığı ilə bağlı sualları cavablandırıb.
Görüş zamanı iştirakçıları maraqlandıran sualları cavablandıran şair eyni zamanda oxucuların xahişi ilə öz sevilən şeirlərini səsləndirib.

Şairin öz şeirlərini səsləndirməsini iştirakçılar həvəslə dinləyiblər, tədbirdə nəğməkar şairin şeirlərinə bəstələnmiş mahnılar da ifa edilib.

Sabirabad rayon İcra Hakimiyyətinin Birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, “Günlərdən şeir” layihəsinin rəhbəri Xəyal Rza çıxış edərək, görüşlə bağlı xoş təəssüratlarını bölüşüblər, dəvəti qəbul edib oxucularla görüşə gəldiyi üçün şairə təşəkkürlərini bildiriblər.

Görüş qonaqlar tərəfidən böyük maraqla qarşılanaraq yüksək əhval-ruhiyyə ilə başa çatıb.

Sonda Baba Vəziroğlu ilə sevənlərinin xatirə şəkilləri çəkilib.

# 726 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #