Rejissor öldürən Hollivud ulduzu həbs oluna bilər

Rejissor öldürən Hollivud ulduzu həbs oluna bilər
17 avqust 2023
# 17:00

Hollivud aktyoru və prodüseri Alek Bolduin yenidən "Rust" filminin çəkiliş meydançasında ukraynalı rejissor Qalina Hatçinsi qəsdən qətlə yetirməkdə ittiham oluna bilər.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, 2 il əvvəl baş verən hadisədən sonra aktyor günahsız olduğunu iddia etmişdi.

Qarşı tərəf isə Alekin mövqeyi ilə razılaşmayaraq müstəqil ekspertiza təyin edib.

Alek Bolduin adam öldürmə ittihamı ilə üzləşə bilər.

Qeyd edək ki, 2021-ci il oktyabrın 21-də filmin prodüseri və baş rol ifaçısı Bolduin iki nəfəri - operator Qalina Hatçins və rejissor Coel Souzanı yaralayıb. 42 yaşlı Qalina aldığı xəsarətlərdən dünyasını dəyişib. 48 yaşlı rejissor körpücük sümüyündən yaralanıb və bir müddət xəstəxanada yatıb.

Araşdırmalar zamanı polis baş verənlərə görə yalnız Alekin məsuliyyət daşıdığını iddia etmişdi.

Aktyor Hilariya adlı xanımla evlidir və 8 övladı var.

# 1234 dəfə oxunub

Müəllifin son yazıları

# # #