Avstriyalı aktrisa, iki Oskar laureatı Keyt Blanşett Çexovun pyesi əsasında hazırlanan "Qağayı" tamaşasında rol alacaq.
Kulis.az xəbər verir ki, tamaşa Londondakı "Barbikan" İncəsənət Mərkəzində hazırlanır.
Teatrın rəsmi saytındakı məlumata görə, Blanşett tamaşada baş rolu canlandırır. Tamaşada ondan başqa Tom Berk və Emma Korrin kimi məşhur isimlər də yer alır.
Tamaşanın premyerası 2025-ci ilin 26 fevralına planlaşdırılır.