“Oskar”ın yeni nominasiyasında yarışacaq filmlər açıqlandı

“Oskar”ın yeni nominasiyasında yarışacaq filmlər açıqlandı
3 mart 2022
# 12:00

Amerika Kino Sənəti və Elmləri Akademiyası tvitter səhifəsində tamaşaçıların səsverməsinin nəticələrinə əsasən veriləcək “Oskar” mükafatlarına namizəd filmlərin siyahısını paylaşıb.

Kulis.az türk mediasına istinadla xəbər verir ki, siyahıda “Hörümçək adam 3: Geriyə yol yoxdur”, “Avengers 4: Final”, “Matriks”, “Arzuladığım qızlar” və “Zak Snayderin ədalət liqası” filmləri yer alıb.

Qeyd edək ki, 94-cü “Oskar” mükafatlarının təqdimetmə mərasimi martın 27-də Los-Ancelesdə keçiriləcək.

# 1280 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #