Rejissor Kristofer Nolanın “Oppenheimer” filminin London premyerası ABŞ Kino Aktyorları Gildiyasının (SAG-AFTRA) və Amerika Televiziya və Radio Rəssamları Federasiyasının iyulun 14-də gecə yarısı başlayacaq tətili səbəbindən təxirə salınıb.
Kulis.az xəbər verir ki, bu barədə Variety jurnalı məlumat yayıb.
Tətildə 160 minə yaxın kino və televiziya aktyoru iştirak edəcək. Aktyorlar altıncı həftədir tətil edən 11 000 yazıçıya qoşulacaqlar. Aktyorların etiraz aksiyası 1980-ci ildən bəri ilk olacaq və onun kino sənayesi tarixində ən kütləvi aksiya olacağı gözlənilir.
Tətil başlayandan SAG-AFTRA qaydalarına əsasən aktyorlar müsahibə verə və qırmızı xalçaya çıxa bilməyəcəklər.
Aktyorlar, axın xidmətlərinin yayılması fonunda daha yüksək maaş və iş vaxtı üçün kompensasiya tələb edirlər.
Qeyd edək ki, Killian Mörfinin baş rolda oynayacağı filmin süjet xətti atom bombasının yaradıcısı Robert Oppenhaymerə həsr olunub.