“Netflix” şikayət olundu

“Netflix” şikayət olundu
14 iyul 2022
# 10:00

“Netflix”in ən çox qazandıran serialı “Stranger Things”in sonuncu sezonundakı kadrlar izləyicilər tərəfindən şikayət olunub.

Kulis.az “Sözcü”yə istinadla xəbər verir ki, Holokost hadisələrinin törəldiyi məkanlardan, yəhudilərin saxlanıldığı həbsxanadan serialın bölümlərinin çəkilişində istifadə edildiyinə görə 57 minə yaxın izləyici məhkəməyə müraciət edərək təzminat tələb edib.

Şikayətdə bildirilir:

“Holokost əyləncə sənayesinin inkişafı və teatra çevrilməsi üçün vasitə deyil. Bu bizim soyqırımımızdır və hələ də davam edir”.

# 1306 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #