İsrailin Baş naziri Benyamin Netanyahu Venesiya Film Festivalında münsiflər heyətinin xüsusi mükafatını qazanan "NAZA" sənədli filminin rejissorları Yuval Abraham və Raşel Szoru antisemitizmi qızışdırmaqda və ölkəyə xəyanətdə günahlandırıb.
Kulis.az xəbər verir ki, Netanyahu filmin İsrail ordusunu müharibə cinayətkarı kimi göstərdiyini deyib.
İsrailin Mədəniyyət naziri Miki Zohar rejissorların İsrail vətəndaşlığından çıxarılması üçün fəaliyyətə keçəcəyini qeyd edib.
Milli Təhlükəsizlik naziri İtamar Ben-Gvir isə onları ölkəni tərk etməyə çağırıb.
Qeyd edək ki, Qəzzadakı mülki itkilərin İsrail ordusu tərəfindən bilərəkdən hədəf alındığını 24 hərbçinin müsahibəsi ilə ifşa edən film 23 sentyabrda San-Sebastyan, 26 sentyabrda isə Nyu-York film festivallarında nümayiş olunacaq.
Netanyahu rejissorları ölkəyə xəyanətdə günahlandırdı