Moskvada “Azərbaycan” pavilyonunda Mixail Lermontova həsr olunmuş sərgi açılacaq

Moskvada “Azərbaycan” pavilyonunda Mixail Lermontova həsr olunmuş sərgi açılacaq
18 yanvar 2024
# 10:17

Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda yanvarın 24-də Mixail Lermontova həsr olunmuş sərgi açılacaq.

Kulis.az xəbər verir ki, şairin 210 illiyinə həsr olunacaq “Lermontov zamanı. Dahi şair Azərbaycanın mədəniyyətində” adlı sərgidə ziyarətçilər ilk dəfə Lermontovun həyatda olarkən çəkilmiş portretinə baxa biləcəklər.

Həmin rəsm əsəri “Lermontov zamanı” regional ictimai təşkilatının və fərdi kolleksiyaçının səyləri sayəsində ABŞ-dan Rusiyaya qaytarılıb.Azertac

# 515 dəfə oxunub

Müəllifin son yazıları

# # #