Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi
16 noyabr 2020
# 17:29

Əməkdar artist, tarzən Həmid Vəkilov dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, professor Həmid Vəkilov bu gün səhər saatlarında dünyasını dəyişib. Əməkdar artistin uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, Həmid Vəkilov 1949-cu il yanvarın 23-də Bakıda anadan olub. Erkən yaşlarından tara olan məhəbbəti Bülbül adına musiqi məktəbində oxuyarkən daha da artır və bu məhəbbət onun tarla əbədi dostluğunun təməli olur. 1967-72-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alaraq solist ifaçı, xalq çalğı alətləri orkestrinin dirijoru ixtisaslarına yiyələnir. 1987-ci ildə Əməkdar artist fəxri adına da layiq görülüb.

Həmid Vəkilovun tar ifaçılığının tədrisində də mühüm xidmətləri var. 1973-cü ildən Bülbül adına orta ixtisas musiqi məktəbində müəllimlik fəaliyyətinə başlayan sənətkar 1978-ci ildən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) da tar alətini tədris edib. 1990-cı ildən konservatoriyanın dosenti olan tarzən 1992-ci ildə Türkiyəyə dəvət olunur və orada 17 il ifaçı və pedaqoq kimi fəaliyyət göstərir. 2010-cu ildə vətənə qayıdan Həmid müəllim Milli Konservatoriyada fəaliyyət göstərib, professor elmi adına layiq görülüb.

# 3555 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #