Mingəçevir Teatrının direktoru işdən çıxarıldı

Mingəçevir Teatrının direktoru işdən çıxarıldı
27 oktyabr 2022
# 19:00

Mingəçevir Dövlət Dram Teatrının direktoru Anar Kamal oğlu Quliyevin əmək müqaviləsinə xitam verilib.

Bunu APA-nın sorğusuna cavab olaraq nazirlikdən bildiriblər.

Qeyd olunub ki, cari ilin sentyabr ayında bəzi kütləvi informasiya vasitələrində Mingəçevir Dövlət Dram Teatrında baş verən korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatlar dərc olunub: "Müvafiq məsələ Mədəniyyət Nazirliyi tərəfindən xüsusi nəzarətə götürülmüş və Nazirlik tərəfindən yerində xidməti araşdırma aparılıb. Araşdırma nəticəsində teatrın fəaliyyətində aşkar edilmiş ciddi nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülməkdədir.

Bildiririk ki, Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən 28.10.2022-ci il tarixindən Mingəçevir Dövlət Dram Teatrının direktoru Anar Kamal oğlu Quliyevin əmək müqaviləsinə xitam verilib", - məlumatda deyilir.

# 1933 dəfə oxunub

Müəllifin son yazıları

# # #