Amerikalı və britaniyalı yazıçı, dramaturq və mədəniyyət tənqidçisi Boni Qrir 77 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Deyvid Hatçins məlumat yayıb.
1948-ci ildə Çikaqoda doğulan və 1986-cı ildə Böyük Britaniyaya köçən Qrir "Newsnight" və "Question Time" kimi verilişlərdəki kəskin siyasi-mədəni şərhçiliyi ilə tanınırdı.
"Munda Negra" pyesi ilə "Verity Bargate" mükafatını qazanan yazıçı Britaniya Muzeyinin idarə heyətinin sədr müavini kimi də fəaliyyət göstərib.
Qeyd edək ki, o, 2010-cu ildə Britaniya İmperiyası Ordeni ilə təltif edilmişdi.
Media
-
Ana səhifə
- Media