Məşhur rəsm əsəri 36 milyon dollara satıldı

Məşhur rəsm əsəri 36 milyon dollara satıldı
25 oktyabr 2025
# 15:40

“Christie’s” hərrac evində fransız avanqard rəssamı İv Kleynin 1961-ci ildə çəkdiyi ən böyük monoxrom əsəri – “California (IKB 71)” 18,4 milyon avroya (təxminən 36 milyon 308 min manat) satılıb.

Kulis.az xəbər verir ki, bu məbləğ Kleynin yaradıcılığı üzrə auksion tarixində yeni rekord sayılır.

Təxminən 4x2 metr ölçülü tablo xırda çınqıllarla örtülüb və dərin mavi rəngin altında gizlənmiş dəniz dibini xatırladan tekstura effekti yaradır. Əsər rəssamın patentləşdirdiyi məşhur “International Klein Blue” (IKB) ultramarin tonunda işlənib.

“California” əsəri Kleynin ABŞ-yə ilk və yeganə səfərindən az əvvəl ərsəyə gəlib. Rəssam səfəri zamanı işlərini Nyu-York və Los-Ancelesdə nümayiş etdirmişdi.

Xatırladaq ki, 2013-cü ildə “Sotheby’s” hərrac evində Kleynin mavi süngərlərdən ibarət heykəli 22 milyon dollara satılaraq onun yaradıcılığında o dövr üçün rekord satış qiyməti qazanmışdı.

# 112 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər