Məşhur reper təcavüzdə ittiham edilir

Məşhur reper təcavüzdə ittiham edilir
25 may 2024
# 14:50

Daha bir qadın "Pi Didi" ləqəbi ilə tanınan məşhur reper Şon Con Kombsıdan şikayətçidir.

Kulis.az xəbər verir ki, hazırda 51 yaşı olan Aprel Lampros məhkəməyə müraciət edib.

Aprelin sözlərinə görə, 30 il əvvəl reper onu moda mühitində tanıdacağına söz verib. Lakin Pi Didi məclislərin birində onu sərxoş edib, daha sonra təcavüz edib. Hadisə zamanı zərərçəkən huşunu itirib.

O bildirib ki, hadisədən sonra Pi Didi ona hədiyyələr göndərib. Reper onu şantaj etdiyi üçün qız yeni görüşə razılıq verib. Bundan əlavə, Aprel reperin ona narkotik verdiyini və onu qarşısında başqa bir şəxslə intim münasibətdə olmağa məcbur etdiyini deyib.

Qeyd edək ki, daha əvvəl Kristal Makkinni adlı qadın da eyni məzmunlu şikayətlə məhkəməyə müraciət edib.

# 596 dəfə oxunub

Müəllifin son yazıları

# # #